Alfa Romeo xüsusi rəng çaları ilə yarışacaq

Alfa Romeo ev trasları olan Montsada xüsusi rəng çaları ilə yarışacaq.

F-1.az xatırladır ki, Alfa Romeo bu il Sauber komandasını satın alaraq, uzun illərdən sonra idmana qayıdıb və qayıtdıqdan sonra ilk dəfə öz publikası önündə çıxış edəcək. Bu günkü təqdimatda bolidin qırmızı-ağ rəng çalarlarına İtaliya bayrağının da əlavə edildiyini görürük.

Kimi Rəykkönen: “Fərq kiçik olsa da, İtaliya ilə bağlı çalarlar əlavə edilib. Bolid gözəl görünür və bu yarışa xüsusi hazırlanmaq çox gözəldir”.

Antonio Covinatsi
: “Bu bolidi sürmək üçün səbirsizlənirəm. Çox gözəl görünür. Ev yarışımızı çox gözəl qeyd edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*