Ç.Puxolar: Alpine-dən sürətli dövrəni aldıq

Alfa Romeo komandasının yarış direktoru Çevi Puxolar bildirib ki, Çjou 1 xalı Alpine-dən oğurlamaq üçün sürətli dövrə vurub.

F-1.az xatırladır ki, Çjou yarışı xalsız bağlasa da, sürətıi dövrə vurub. Beləliklə, o, Alpine komandasının sürücüsü Pyer Qaslini bir xaldan edib.

Çevi Puxolar: “Çjou startda sürüşdü və orada bir az yer itirdik. Ondan sonra xal alıb-almayacağımıza baxdıq. Buna görğ də yarışın sonlarında Soft təkər strategiyasını sınadıq. Lakin tempimiz yox idi.

Buna görə də Çjou ən sürətli dövrəni vursun deyə komanda işi gördük. O da əla performans göstərərək, sürətli dövrəni vurdu. Beləliklə Alpine-dən bir xalı ala bildik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*