Ə.Şovlin: Ciddədə geri dönməliyik

Mercedes komandasının baş yarış mühəndisi Əndryu Şovlin bildirib ki, Ciddədə geri dönməyə çalışacaqlar.

F-1.az xatırladır ki, Mercedes Bəhreyndə bərbad görünüb və yarışı 5-ci, 7-ci yerdə bitiriblər.

Əndryu Şovlin: “Çox çətin bazar günü idi. Red Bull ilə aramızda böyük fərq var. Bundan başqa Ferrari və Aston Martin bizdən qabaqdadır. Görülməli işlərimiz var. İnkişaf üçün plan hazırlamalıyıq.

Asfaltla ilişmənin pis olduğu və təkər yeyilməsinin çox olduğu bu trasda sürücülərimiz limitdə sürə bilmədilər. Yenə də komandanın birlikdə işləməsi bizi cəsarətləndirir.

Bu mövsümə geridən başlayırıq və bu komandamız üçün yaxşı hal deyil. Ciddə yarışından əvvəl yenidən özümüzə gəlmək və inkişaf etmək üçün bir neçə günümüz olacaq. Orada yaxşı nəticə göstərmək üçün çox işləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*