L.Həmilton: Təqaüdə çıxmayacam

Mercedes komandasının sürücüsü Lyuis həmilton bildirib ki, yaxın zamanlarda təqaüdə çıxmayacaq.

F-1.az xatırladır ki, britaniyalı sürücünün artıq 37 yaşı var və yanvar ayında 38 yaşını qeyd edəcək. Onun Mercedes-lə olan müqaviləsi gələn ilin sonunda bitir. Lakin tərəflər müqaviləni bir neçə il də uzatmaq istəyirlər.

Lyuis Həmilton: “Müqaviləmi uzatmaq istəmədiyimi desəm, yalan olar. Hələdə işimi görürəm və sürməkdən həzz alıram. Mübarizə aparmağı sevirəm. Karyeramı tezliklə bitirməyi düşünmürəm. Sebastyan təqaüdə çıxacaq, amma bu mənim gələcəyim barədə düşünməyə vadar etmir. Lakin karyerama bir yerdə başladığım insanlar da yavaş-yavaş gedirlər…”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*