D.Rikkardo: “Qələbə mümkün idi”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, təhlükəsizlik avtomobili periodunda yarışı qazanmaq üçün əla şansları olub.

F-1.az xatırladır ki, avstraliyalı sürücü yarışa 4-cü yerdən başlasa da, təhlükəsizlik avtomobili periodundan sonra 3-cü yerə yüksəlmişdi. Amma 27 yaşlı sürücü təkərləri ideal temperatura çatdıra bilmədiyi üçün restartda həm Həmiltonun, həm Massanın, həm də Rəykkönenin gerisinə düşmüşdü. Rikkardo yarışı Ferrari və Mercedes sürücülərinin gerisində – 5-ci yerdə bitirmişdi.

Daniel Rikkardo: “Yarışda təhlükəsizlik avtomobili periodunda qalib gəlmək üçün şansımın olduğunu düşündüm. Fettel düz önümdə idi, amma təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra təkərlərim ideal temperatura çata bilmədiyi üçün qazandığım yerləri itirdim. Daha sonra əsas məqsədim yarışı bitirmək idi. Massanı ötəndən sonra Kimi ilə aradakı fərqin çox olduğunu gördüm və bağlamaq mümkünsüz idi. Amma burada əvvəlki yarışlara nisbətən daha güclü idik və növbəti yarışa daha güclü formada getmək istəyirik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*