D.Rikkardo təəccüblüdür

Daniel Rikkardo sabiq komandası Red Bull-un tempinə görə təəccüblüdür.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” 2018-ci ilin son yarışlarında mükəmməl performans gösyərərək, əksər yarışlarda podiuma yüksəliblər. Bəzi mütəxəssislər Red Bull-un şassisinin son yarışlarda daha güclü olduğunu hesab edirlər.

Bu hal gələn il Renault komandasında çıxış edəcək Rikkardonu düşünməyə vadar edib: “Bu idman hərdən insanları çaşdırır. Brazilyada da tempimiz yaxşı idi. Yarışın əvvəlində geridə idim və belə hallarda təkər barədə düşünməli olursunuz. Lakin mən bəzi yerlərdə Mercedes və Ferrari-dən güclü olduğumuzu gördüm. Ötmə etmək çətin olsa da, temp var idi. Bəlkə, biz daha yaxşı sazlanma tapdıq, amma rəqiblərimiz səhv etdi. Bilmirəm. Lakin son yarışlardakı tempimiz göz önündədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*