12 Dekabr 2018, Çərşənbə - 18:16

Bəhreyn-2016: İkinci sərbəst yürüşlər

Bəhreyn-2016: İkinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:58 - 01 Aprel, 2016

Bəhreyndə ikinci məşq sessiyası ən faydalı və əhəmiyyətli olur – çünki sabah sıralanma turu və bazar günü yarışla eyni vaxtda başlayır, cümə və şənbə günləri ilk sessiyalar isə isti havada qızmar günəş altında keçir. Düzdür, bu gün elə də isti olmayıb və temperaturun kəskin aşağı düşməsi hiss olunmayıb.

F-1.az xəbər verir ki, Markus Eriksson sessiyanın yarısını maşın problemləri üzündən buraxmalı olub. Stoffel Vandorn da gözləməli olub – mexaniklər hidravlik problemi aradan qaldırıblar.

Komandalar ənənəvi proqram üzrə işləyiblər – mühəndislər və sürücülər optimal sazlanmaları axtarmaqla uzun dövrələr seriyasında müxtəlif təkər tərkiblərinin effektivliyini qiymətləndiriblər. Reqlamentdə üçüncü tərkibin də bir yarışa gətirilməsi strategiya faktorunu həlledici edib. Əvvəlki sessiyada və ikinci sessiyanın ilk yarısında sürücülər Medium və Soft-la işlədikdən sonra SuperSoft-a keçiblər.

Sessiyanın sonuna 15 dəqiqə qalmış Fettel maşınını təhlükəsizlik zonasında saxlayıb, virtual təhlükəsizlik maşını rejimi elan olunub – Fettel marşallarla birlikdə maşını baryerlərin arxasına itələyib və komandaya bildirib ki, arxa sol təkər yaxşı bərikdilməyibmiş.

İkinci dəfə sürətlərin məhdudlaşdırılmasına Qrojan səbəb olub: Barselona testlərində olduğu kimi, yenə də Haas maşınının ön qanadı qırılıb. Roman boksa özü gəlib, bir neçə dəqiqəyə qırıtılar trasdan təmizlənib.

Protokollara isə yenə də Niko Rosberq başçılıq edib, günün ən böyük məsafəsini isə Valtteri Bottas qət edib. Sabah məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
16Niko RosberqMercedes AMG1:31.00138
244Lyuis HəmiltonMercedes AMG1:31.242+ 0:00.24132
322Censon BattonMcLaren1:32.281+ 0:01.28032
433Maks FerstappenToro Rosso1:32.406+ 0:01.40531
57Kimi RəykkönenFerrari1:32.452+ 0:01.45138
65Sebastyan FettelFerrari1:32.650+ 0:01.64926
726Daniil KvyatRed Bull1:32.703+ 0:01.70234
877Valtteri BottasWilliams1:32.792+ 0:01.79139
93Daniel RikkardoRed Bull1:32.870+ 0:01.86923
1019Felipe MassaWilliams1:32.873+ 0:01.87236
1147Stoffel VandornMcLaren1:32.999+ 0:01.99830
1221Esteban QutyerresHaas1:33.129+ 0:02.12831
1355Karlos SaynsToro Rosso1:33.177+ 0:02.17636
148Roman QrojanHaas1:33.384+ 0:02.38323
1511Serxio PeresForce İndia1:33.406+ 0:02.40535
1620Kevin MaqnussenRenault1:33.447+ 0:02.44634
1727Niko HülkenberqForce İndia1:33.570+ 0:02.56937
1830Colion PalmerRenault1:33.640+ 0:02.63935
1994Paskal VerlyaynManor1:33.953+ 0:02.95221
209Markus ErikssonSauber1:34.224+ 0:03.22331
2112Felipe NasrSauber1:34.477+ 0:03.47634
2288Rio HaryantoManor1:34.562+ 0:03.56133

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 370
Teqlər ,
Paylaş

logo