14 Dekabr 2018, Cümə - 00:10

K.Rəykkönen: “Bolidin ön tərəfindən narazıyam”

K.Rəykkönen: “Bolidin ön tərəfindən narazıyam”

Müəllif: Rauf Hacıyev, redaktor

19:27 - 30 Aprel, 2016

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, onlar sıralanma turunda rahatlıqla birinci cərgəni qazana bilərdilər.

F-1.az xatırladır ki, finlandiyalı sürücü poul qazanan Niko Rosberqdən bir saniyə geridə qalaraq 4-cü yeri tutub. Ancaq Sebastyan Fettel cəza aldığı üçün Kimi sabahkı yarışa 3-cü yerdən başlayacaq.

Xatırladaq ki, Rəykkönen bütün həftəsonu bolidin ön tərəfindən narazı olub, ancaq buna baxmayaraq, finlandiyalı bildirib ki, onlar 4-cü yerdən daha yaxşı yerə layiq idilər: “Son döngəni geniş radius ilə aldım. Amma həftəsonu ərzində bolidi istədiyimiz kimi sazlaya bilmədik və istədiyim dövrələri ata bilmədim.

Bolid sıralanma turunda daha yaxşı idi, amma mən ön cərgə üçün mübarizə aparırdım. İkinci və ya üçüncü yeri tuta bilərdim.

Yaxşı nəticə deyil. Məyusam. Amma 3-cü yerdəyik və təmiz tərəfdən start alacam. Vəziyyət daha pis gətirə bilərdi, buna görə də sabah yaxşı start alıb, davamını gətirməliyik”.

Finlandiyalı sürücü bildirib ki, bolidin ön tərəfindəki problemlər onun işini çətinləşdirib: “Bu trasda təkərlərlə işləmək çox çətindir. Bu il işlər bir az asanlaşıb, amma bolidin ön tərəfində problemlər var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 431
Teqlər , , , ,
Paylaş

logo