20 Sentyabr 2019, Cümə - 01:15

T.Volff Ferrari-dən çəkinir?

T.Volff Ferrari-dən çəkinir?

Müəllif: Rauf Hacıyev, redaktor

19:35 - 03 Mart, 2017

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, Mercedes-in ən güclü komanda olması barədə şərh verməyə tələsmək lazım deyil, çünki Ferrari-nin göstərdiyi performansdan təsirlənib.

F-1.az xatırladır ki, Barselonadakı mövsümöncəsi birinci testləri Bottas zirvədə tamamlayıb. Onu Ferrari sürücüləri Fettel və Rəykkönen izləyiblər.

Toto Volff: “Hazırda mənim üçün Red Bull çox maraqlıdır. Onlar hələ tam güclərini göstərməyiblər. Fərqli sazlanmalar üzərində işləyirlər. Buna baxmayaraq, Ferrari sürətli görünür. Bu il biz gözləyirdik ki, Red Bull ilə yarışarıq. Amma italyanlar da bizim işimizi çətinləşdirəcəklər”.

McLaren komandasının idman direktoru Erik Bulye də Ferrari-nin sürətinə təəccüblənib: “Ferrari-nin Mercedes ilə eyni tempdə olacağını gözləmirdik. Red Bull hazırda bir az zəif görünür. Amma nələrin baş verəcəyini ilk yarışa qədər dəqiqliklə deyə bilmərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 777
Teqlər , , , , , ,
Paylaş

logo