S.Fettel: Yarış həyəcanlı deyildi

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, yarış onun üçün çox çətin keçib.

F-1.az xatırladır ki, almaniyalı sürücü 13-cü başladığı Saxir yarışını 12-ci yerdə bitirib və növbəti dəfə xalsız qalıb.

Sebastyan Fettel: “Bizim üçün heç nə qaydasında deyildi. Yarış mənim üçün həyəcanlı keçmədi. Yarışın sonlarında təkərlərə görə üstünlük qazansam da, mübarizə aparmaq çətin idi. Pit-stoplarda da ləngidik, amma buna görə heç kimi qınamıram. Artıq tək işim sessiyaları bitirməkdir. Əlimdən gələni edirəm. Yarışda hər şey etdik, amma işə yaramadı.

Bu bolidlə dost olmayacağıq. Ağıllı sürüb təkərləri qorumağa çalışdım, amma faydası olmadı. Darıxdırıcı yarış idi. Hücum etmirdik, müdafiə olunurduq.

Peresi təbrik edirəm, Rasselə görə isə məyusam. Çünki pitlərə qədər əla yarışırdı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*