F.Vassyör: Bakı yarışı bizim üçün vacibdir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Bakı yarışı onlar üçün vacibdir.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümə yaxşı başlamayıblar və ilk 3 yarışda cəmi 26 xal toplayıblar.

Frederik Vassyör: “Red Bull, Mercedes və ya Aston Martin-ə fokuslanmaq düzgün olmaz. Özümüzə köklənməliyik. Məncə, ikinci yarışla üçüncü yarış arasında düzgün addım atdıq.

Əgər belə yeniliklər gətirə bilsək, hər şey daha yaxşı olacaq. Bakı bizim üçün çox vacibdir, çünki burada iki sıralanma turu və iki yarış keçiriləcək. Komanda olaraq yaxşı iş görməli və maksimumu qazanmalıyıq. Bakı trasının quruluşu tamamilə fərqlidir. Buna görə də özümüzə köklənməli və əlimizdən gələnin ən yaxşısını etməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*