K.Rəykkönen: “Quru trasda güclüyük”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Yaponiyada cümə sərbəst yürüşlərində boliddən razı qalıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü birinci sərbəst yürüşlərdə komanda yoldaşı Fetteldən təxminən yarım saniyə geridə qalaraq, 4-cü yeri tutub.

Kimi Rəykkönen: “Nahardan sonra havanın yağışlı olacağını bilirdik. Buna görə də təəccüblənmədik. Quru şəraitdə atdığımız dövrələrdə bolid yaxşı performans göstərdi. Yağışlı hava ilə bağlı məlumatımız yoxdur, amma istənilən şəraitdə güclüyük. Əgər sabah da hava yağışlı olsa, 3-cü sərbəst yürüşlərdə təkərləri yoxlayacağıq. Bunun hesabına əlimizdə məlumat olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*