K.Sayns narahat deyil

Ferrari komandasının sürücüsü Karlos Sayns yeni rəhbərləri Frederik Vassyörlə komanda yoldaşı Şarl Leklerin münasibətindən narahat deyil.

F-1.az xatırladır ki, Leklerlə Vassyör həm aşağı seriyalarda, həm də 2018-ci ildə Alfa Romeo komandasında birlikdə işləyiblər.

Buna görə də əksəriyyət düşünür ki, monakolu sürücü birinci pilot, Sayns isə ikinci pilot statusunda yarışacaq.

Karlos Sayns: “Narahat deyiləm, çünki sıfırdan başlamıram. Vassyör ilə yaxşı anlaşacağıq və o da məndən razı qalacaq.

Leklerlə yaxşı münasibətinə görə komandaya tez uyğunlaşacaq. Mənə deyilənlərə və onu tanıdığıma görə komanda üçün doğru adamdır. Yaxşı iş görəcəyinə şübhə etmirəm.

Öyrəşmək üçün vaxta ehtiyacı olsa da, Ferrari-ni yaxşı tanıyır. Paddokda da onu yaxşı tanıyırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*