25 Avqust 2019, Bazar - 07:49

Lamborghini Formula1-ə qayıdacaq?

Lamborghini Formula1-ə qayıdacaq?

Müəllif: Rauf Hacıyev, redaktor

16:43 - 27 Yanvar, 2017

Lamborghini-nin idarə heyətinin sədri Stefano Domenikali bildirib ki, onlar gələcəkdə Formula1-də çıxış edə bilərlər.

F-1.az xatırladır ki, Ferrari komandasının sabiq rəhbəri olan Stefano Domenikali 2016-cı ilin martından etibarən Lamborghini-nin idarə heyətinin rəhbəri təyin olmuşdu. İtaliyalı rəhbər vəzifəsini icra etməyə başladıqdan sonra Lamborghini-nin Formula1-də iştirak edəcəyi ilə bağlı dedi-qodular artmağa başlamışdı.

51 yaşlı Domenikali bildirib ki, şərtlər imkan versə, Formula1-də iştirak edə bilərlər: “Ürəyimin ən həssas yerinə toxunursunuz. Sizə qarşı dürüst olacam. Bu gün üçün fərqli planlarımız var və onlara fokuslanmalıyıq. Bəs sabah? Avtoidman həmişə Lamborghini-nin əsas bir hissəsi olacaq və platforma dəyişəndən sonra niyə Formula1-ə girməyək? Hazırda orada mübarizə aparmaq maliyyə cəhətdən bizə əlverişli deyil. Əgər bu sahədə bir dəyişiklik olsa, nəzərə alacağıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 553
Teqlər , ,
Paylaş

logo