C.Elkann: Maranelloda ciddi dəyişikliklər başlayıb

Mövsümə pis startdan Ferrari-nin prezidenti Exor holdinqinin səhmdarlarına ünvanladığı məktubda Maranellonun ciddi dəyişikliklərə məruz qalacağına söz verib.

F-1.az xəbər verir ki, bu barədə danışan İtaliyanın Gazzetta dello Sport nəşri vurğulayır ki, Con Elkannın mesajı əsasən Ferrari-nin əla maliyyə göstəriciləri ilə bağlıdır, lakin idman bölməsinin işinə də müəyyən diqqət yetirilir.

“Maranelloda ilk növbədə yarış meydançalarında idman fəaliyyətinin gücləndirilməsinə yönəlmiş ciddi dəyişikliklər artıq başlayıb. Təsisçimiz Enzo Ferrarinin ürəyində olan tərəqqi arzusu bütün Ferrari işçilərini təvazökarlıqla işləməyə sövq edir, eyni zamanda şirkətin gələcəyini formalaşdırmaq prosesində öz qarşısına iddialı məqsədlər qoyur” – Nəşr Elkannın sözlərini yazır.
Məktub Conun qardaşı Lapo Elkannın sosial mediada açıq şəkildə Skuderiyanı tənqid etməsindən bir neçə gün sonra üzə çıxıb: “Ferrariyə ciddi yanaşma və həm trasda, həm də trasdan kənarda qalib gələ bilən komanda lazımdır. Siyasi oyunlar yetər, oyanmaq vaxtıdır, əks halda biz heç vaxt heç nə qazanmayacağıq!”
Nə cür dəyişikliklər nəzərdə tutulur, yalnız təxmin etmək olar – Elkannın məktubunda heç bir konkretlik yoxdur…
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*