Avstraliya-2022: İkinci sərbəst yürüşlər

İkinci məşqlərdən əvvəl buludlar peyda olub və yağış damcılayıb. Pirelli belə şəraitdə yeni asfaltın çox sürüşkən ola biləcəyi barədə xəbərdarlıq etmişdi. Lakin yağış tezliklə dayanıb.

F-1.az bildirir ki, sürücülər ənənəvi olaraq, sazlanmaların tapılması və təkərlərin səmərəliliyinin yoxlanılması üzərində işləyiblər. Təkər təchizatçısı bu dəfə qeri-adi addım atıb. Belə ki, buraya C2 və C3 təkərləri ilə yanaşı, təsnifat üçün C4 yox, C5 tərkiblər gətirilib.

Aston Martin bütün sessiyanı Fettelin maşınında ilk məşqlərdə yaranmış problemi aradan qaldırmağa sərf edib. Alman sürücü bu məşqləri buraxmalı olub. Kiçik xətalar yenə olub – Bottas ilk, Rassell 2-ci, Ferstappen 10-cu, Şumaxer 11-ci, Həmilton isə 12-ci döngədə səhvə yol verib, amma bütün hallarda sürücülər yollarına problemsiz davam edə biliblər.

48-ci dəqiqədə Stroll 12-ci döngədə baryerlə təmas edərkən asfalta qırıntılar dağıldığı üçün qısa müddətli qırmızı bayraqlar dalğalanıb.

Şarl Lekler 1:18.978-lik dövrə ilə liderliyə yüksəlib. Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:18.978 27
2 1 Maks Ferstappen Red Bull 1:19.223 + 0:00.245 22
3 55 Karlos Sayns Ferrari 1:19.376 + 0:00.398 27
4 14 Fernando Alonso Alpine 1:19.537 + 0:00.559 22
5 11 Serxio Peres Red Bull 1:19.658 + 0:00.680 20
6 31 Esteban Okon Alpine 1:19.842 + 0:00.864 25
7 77 Valtteri Bottas Alfa Romeo 1:20.055 + 0:01.077 25
8 4 Lando Norris McLaren 1:20.100 + 0:01.122 24
9 10 Pyer Qasli AlphaTauri 1:20.142 + 0:01.164 27
10 3 Daniel Rikkardo McLaren 1:20.203 + 0:01.225 24
11 63 Corc Rassell Mercedes AMG 1:20.212 + 0:01.234 25
12 22 Yuki Tsunoda AlphaTauri 1:20.424 + 0:01.446 30
13 44 Lyuis Həmilton Mercedes AMG 1:20.521 + 0:01.543 23
14 18 Ləns Stroll Aston Martin 1:20.611 + 0:01.633 28
15 24 Quanyu Çjou Alfa Romeo 1:21.063 + 0:02.085 23
16 20 Kevin Maqnussen Haas 1:21.191 + 0:02.213 23
17 23 Aleksander Elbon Williams 1:21.912 + 0:02.934 28
18 47 Mik Şumaxer Haas 1:21.974 + 0:02.996 22
19 6 Nikolas Latifi Williams 1:22.307 + 0:03.329 24
20 5 Sebastyan Fettel Aston Martin 0
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*