Ş.Lekler: “Gözəl hissləri kənara qoydum”

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, SF90-ı sürərkən özünü daha rahat və xoşbəxt hiss edir.

F-1.az xatırladır ki, monakolu sürücü testlərin ikinci günündə 157 dövrə vuraraq protokollara başçılıq edib.

Şark Lekler: “Günün gedişatından razı qaldım. Qırmızı bayraqlara baxmayaraq, proqramımızı bitirə bildik. 157 dövrə vurub vacib məlumatlar topladıq. SF90-da özümü rahat hiss etdim və əyləndim.

Hisslər? Ferrari-yə minərkən bir az olur, amma bu gün onları kənara qoydum, çünki görməli işlərim var idi. Ümid edirəm ki, növbəti günlər də belə gedər. Çünki testlərdən maksimumu almaq vacibdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*