Ş.Leklerin idealı Həmiltondur

Ferrari komandasının sürücüsü Şarl Lekler beşqat Dünya Çempionu Lyis Həmiltondan təsirlənib və britaniyalı ulduzun gözəl xüsusiyyətindən danışıb.

F-1.az xatırladır ki, qaradərili sürücü bu il 12 yarışın 8-də qalib gəlib və ən yaxın izləyicisi Bottası 62 xal qabaqlayır. Lekler karyerası ərzində 81 yarış qazanmış Həmiltondan təsirlənib: “Stabildir. Həmişə maksimuma çata bilit və zehni cəhətdən çox güclüdür. Hamı yaxşı dövrə vura bilər. Burada əsas fərq isə bunu ardıcıllıqla etməkdir. Onunkimi uğurlu olmaqçün üzərimdə işləyirəm”.

,