Ş.Lekler: Zirvəyə qayıtmaq üçün motivasiyaliyam

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, zirvəyə qayıtmaq üçün motivasiyaları var.

F-1.az xatırladır ki, monakolu sürücü mövsümə pis başlayıb və ilk 3 yarışda cəmi 6 xal toplayıb. Maks Ferstappen isə 69 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Buna görə də əksəriyyət düşünür ki, Lekler artıq ruhdan düşüb.

Amma 25 yaşlı pilot bunu təkzib edib: “Mövsüm hələ çox uzundur. Zirvəyə qayıtmaq üçün motivasiyamız var və Azərbaycandan əvvəlki aradan mümkün qədər yaxşı istifadə etməyə çalışacağq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*