K.Sayns: Təkərləri qızdıra bilmədim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, növbəti dəfə bütün faktorları bir araya gətirə bilməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Azərbaycan yarışa 5-ci yerdən başlayıb, amma yarışda təhlükəsizlik cibinəə girərək, 14-cü yerə qədər düşüb. Lakin 27 yaşlı sürücü yarışı 8-ci yerdə bitirə bilib.

Karlos Sayns: “Çox əsəbiyəm, çünki növbəti dəfə bütün faktorları bir araya gətirə bilmədim. Həm startda, həm də pit-stopdan sonra ön təkərləri qızdırmaqda çətinlik çəkirdim. Təhlükəsizlik maşınından sonra isə ön təkərləri hiss etmirdim. Təkərlər çox bloklanırdı. Buna görə bir neçə yer də itirdim.

Sözün düzü, tempimiz var. Yarış tempimiz Red Bull və Mercedes qədər olmasa da, güclüdür. Bolidə güvənsəm də, aşağı temperaturda təkərləri işlətməyi öyrənməliyəm”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*