ABŞ-2022: İkinci sərbəst yürüşlər

Ostindəki ikinci məşqlər saatyarım davam edib - buna səbəb Pirelli-nin gələn il üçün olan təkərlərin yoxlanılması üçün əlavə yarım saat istəməsi olub.

F-1.az bildirir ki, sürücülər işarələnməmiş təkərlərlə müxtəlif miqdarda yanacaq götürərək dövrələr vurublar. Gələn il termal örtükləri maksimum 50 dərəcə qızdırmağa icazə veriləcək və sürücülər bu işin öhdəsindən daha yaxşı gəlməlidirlər. Bir çoxları 2023-cü il üçün olan təkərlərin daha sabit olduğunu bildirib.

Bir neçə komanda bu sessiyada da gələn il üçün olan bəzi hissələri sınaqdan keçirib. Bunun səbəbi həm də gələn ilin təkərləri ilə işləmək imkanının verilməsi olub. Stroll ilk 20 dəqiqəni boşa xərcləyib – komanda maşının konfiqurasiyasını dəyişməli olub. Maqnussen də maşından şikayətlənərək boksa gəlib və tezliklə trasa qayıdıb.

Sessiya Ostin üçün rekord sayılacaq qədər gec saatda başa çatıb və günəşin qürub etməsi bəzi döngələrdə sürücülərə ciddi çətinlik yaradıb. Protokollara ilk məşqləri buraxmış Şarl Lekler başçılıq edib – 1:36.810

Məşqlər sabah davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 16 Şarl Lekler Ferrari 1:36.810 37
2 77 Valtteri Bottas Alfa Romeo 1:37.525 + 0:00.715 37
3 3 Daniel Rikkardo McLaren 1:37.627 + 0:00.817 40
4 55 Karlos Sayns Ferrari 1:38.232 + 0:01.422 26
5 47 Mik Şumaxer Haas 1:39.507 + 0:02.697 26
6 4 Lando Norris McLaren 1:39.547 + 0:02.737 26
7 1 Maks Ferstappen Red Bull 1:39.575 + 0:02.765 26
8 44 Lyuis Həmilton Mercedes 1:39.698 + 0:02.888 26
9 10 Pyer Qasli AlphaTauri 1:39.840 + 0:03.030 26
10 11 Serxio Peres Red Bull 1:39.852 + 0:03.042 26
11 20 Kevin Maqnussen Haas 1:40.084 + 0:03.274 24
12 22 Yuki Tsunoda AlphaTauri 1:40.178 + 0:03.368 26
13 63 Corc Rassell Mercedes 1:40.562 + 0:03.752 26
14 24 Qaunyu Çjou Alfa Romeo 1:40.664 + 0:03.854 26
15 18 Ləns Stroll Aston Martin 1:40.806 + 0:03.996 26
16 31 Esteban Okon Alpine 1:41.310 + 0:04.500 26
17 14 Fernando Alonso Alpine 1:41.334 + 0:04.524 26
18 23 Aleksander Elbon Williams 1:41.853 + 0:05.043 26
19 5 Sebastyan Fettel Aston Martin 1:41.857 + 0:05.047 26
20 6 Nikolas Latifi Williams 1:42.317 + 0:05.507 26
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*