11 Dekabr 2018, Çərşənbə axşamı - 04:51

Çin-2016: Texniki analiz

Çin-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

12:17 - 24 Aprel, 2016

Çin yarışı gərgin mübarizə ilə yadda qaldı, yarışdan sonra isə mütəxəssislər komandaların Çinə gətirdikləri yenilikləri təhlil etməyə başlayıblar.

F-1.az xəbər verir ki, Ferrari-nin Çinə gətirdiyi yeniliklərin ciddi dəyişikliklərə səbəb olacağını demək olmazdı. Maranello kollektivi bolidin ön qanadında müəyyən dəyişikliklər etmişdi. Belə ki, bolidin burun hissəsinin altında əks istiqamətli üzgəc yerləşdirilmişdi (1), bu üzgəc havanı bolidin alt hissəsinə istiqamətləndirməklə nizamlayıcı rolunu oynayırdı.

Scuderia Ferrari SF16-H. Əks istiqamətli üzgəc
Scuderia Ferrari SF16-H. Əks istiqamətli üzgəc

Bu tipli üzgəci McLaren komandası da tətbiq etmişdi, ancaq fərqli formada (2 və 3).

McLaren Honda MP4-31. Əks istiqamətli üzgəc
McLaren Honda MP4-31. Əks istiqamətli üzgəc.

 

McLaren Honda MP4-31. Əks istiqamətli üzgəc
McLaren Honda MP4-31. Əks istiqamətli üzgəc.

 

Bu yeniliyin nəticəsində bolidin döngələrdə stabilliyi artır və balansı yaxşılaşır. Digər yenilik splitterin üzərinə əlavə olunan yük ağırlığı (ballast) ilə bağlıdır. Ferrari-nin mühəndisləri splitterdən maksimum istifadə edərək böyük ağırlıqda yükü məhz splitterin üzərinə yerləşdirirlər (3.1).

Scuderia Ferrari SF16-H. Splitter.
Scuderia Ferrari SF16-H. Splitter.

 

Splitterin üzərindəki yük çəkinin paylanması və ağırlıq mərkəzinin ideal vəziyyətə gətirilməsində çox böyük rol oynayır. Bu faktor isə təkərlərin tez sıradan çıxmasının qarşısını alır. Şanxayda əyləc sisteminə ciddi güc düşmədiyindən, Ferrari komandası əyləc diskinin havalandırılmasını təmin edən 850-900 dəlikdən ibarət olan versiyadan istifadə edirdi.

Çində Mercedes komandası Ferrari komandası kimi çeşidli yeniliklərlə gəlməmişdi. Nəzərə çarpan yeniliyi ön əyləc kanalının havalandırılması ilə bağlı idi. Havalandırma kanalının üzərinə və ətrafına teflon tərkibli sprey vurulmuşdu (4).

Mercedes-Benz F1 W07 Hybrid. Ön əyləc kanalının havandırması
Mercedes-Benz F1 W07 Hybrid. Ön əyləc kanalının havandırması

 

Böyük ehtimalla təkərdən qopan xırda hissələrin kanalın üzərinə və ətrafına yapışmaması üçün edilmişdi. Məsələn, Melburnda Rosberq həmin qırıntıların havalandırma kanalının üzərinə yapışması üzündən böyük problemlər yaşamışdı. Mercedes sonunda kanalın üzərinə xırda qanad əlavə etməklə kifayətləndi (5).

Mercedes-Benz F1 W07 Hybrid. Ön əyləc kanalının üzərindəki xırda qanad.
Mercedes-Benz F1 W07 Hybrid. Ön əyləc kanalının üzərindəki xırda qanad.

 

Williams komandası tam gücünü göstərə bilmir. Bolidin davranışlarında stabillik yoxdur. Komanda tez-tez problemlərlə üzləşir və bu tendensiya hər yarışda fərqli elementlərlə bağlı olur. Williams komandası Şanxayda təkərin temperaturu və əyləc sistemindən ixrac edilən istiliyin effektiv kənarlaşdırılması ilə bağlı problemlər yaşayırdı. Problemlərin qismən aradan qaldırıldığı kimi görünürdü.

Toro Rosso arxa hissədə stabillik əldə etmək üçün asimmetrik soyutma sistemini tətbiq etmişdi (6).

STR 11. Asimmetrik soyutma sistemi
STR 11. Asimmetrik soyutma sistemi

 

Digər yeniliyi arxa qanadın yuxarı layı ilə bağlı idi (7).

STR 11. Arxa qanadın yuxarı layı.
STR 11. Arxa qanadın yuxarı layı.

 

Əsas məqsəd, arxa qanad üzərində hava kütləsinin daha nizamlı şəkildə hərəkət edərək ayrılmasını əldə etmək idi. STR daha çox yerə yatma qüvvəsinin və eyni zamanda döngələrdə daha aqressiv hücum axtarışında idi.

Red Bull yerə yatma qüvvəsini artırmağa nail oldu. RBR bunu Mercedes-in ön qanadda tətbiq etdiyi kiçik dişli birləşmə vasitəsi ilə etdi (8).

Red Bull Racing RB12. Kiçik dişli birləşmə.
Red Bull Racing RB12. Kiçik dişli birləşmə.

 

RBR üçün yenilik olsa da, Mercedes-dən fərqli olaraq, daha geniş yanaşma sərgilədilər. Belə ki, Mercedesdən fərqli olaraq, ön qanadın bir düzlüyündə yox, eyni zamanda iki düzlüyündə tətbiq etdilər. Bu yenilik havanın ön qanaddan çıxdıqdan sonra ayrılma nöqtəsinin uzaqlaşdırılmasına yardım edir.

HAAS F1 debüt ilində çox aktiv başladı və mükəmməl nəticələr əldə etdi. Düzdür, yüksək nəticələrini digər komandaların səhvləri sayəsində əldə etmişdilər, ancaq mövsümün müsbət abu-havada başlaması komanda daxilinə müsbət enerji verməkdə idi. Şanxayda zəif nəticələri ilə yadda qalsalar da, ümumi irəliləyiş hiss olunurdu. Komandanın əsas yeniliyi ön qanadla bağlı idi.

HAAS F1 VF-16. Ön qanadın əvvəlki variantı.
HAAS F1 VF-16. Ön qanadın əvvəlki variantı.

 

Əvvəlki variantdan (9) fərqli olaraq yeni ön qanadda əlavə elementlər yer almışdı (9.2).

HAAS F1 VF-16. Ön qanadın yeni variantı.
HAAS F1 VF-16. Ön qanadın yeni variantı.

 

Məqsəd o idi ki, ön qanaddan daha çox hava kütləsi çıxsın. Şəkildə gördüyünüz kimi nazik ayaqda quraşdırılmış element Y250 qasırğasının formalaşdırılmasında rol oynamaq üçün əlavə edilmişdi. Qasırğanın, hava kütləsini bolidin altına yönləndirməsi məqsədi üçün edilən bu yeniliyin Soçidə yeni görkəm alacağı ehtimalı böyükdür.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Mett Sommerfild, Ciorcio Piola, Adam Kuper, Əfqan Hacıyev.
Baxış Sayı 672
Teqlər , , , , , , ,
Paylaş

logo