F.Vassyör: Çempionatın taleyi Bəhreyndə həll olunmayacaq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Bəhreyndə nə titul qazanacaqlar nə də titulu itirəcəklər.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il ilk 3 yarışın ikisində qalib gəlsə də, sonrakı 19 yarışda sadəcə 2 qələbə əldə etmişdilər. Bu da bolidin inkişafının nə qədər önəmli olduğunu göstərir.

Frederik Vassyör: “Karyeram ərzində bu hissi çox yaşamışam, amma bu il fərqlidir. Sadəcə Maranellodakı işçilərin yox, tiffozinin də həyəcanını hiss edirəm. Bu hiss və həyəcanı bir neçə aya anladım. Mövsümə başlamaq üçün səbirsizlənirəm.

Testlər yaxşı keçdi. Keçən həftəki üçgünlük testlərdə bolidimiz gözləntiləri qarşıladı. İndi isə ondan yararlanmaq üçün detalar üzrəində işləməliyik. Bir şeyi dəqiq bilirəm ki, bizi uzun çempionat gözləyir və çempionatın taleyi Bəhreyndə həll olunmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*