Haas komandası E.Qutyerresi Qrojanın məsləhəti ilə transfer edib

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrari komandasının ehtiyat sürücüsü Esteban Qutyerreslə müqavilə bağlamaq üçün Roman Qrojandan icazə istəyib.

F-1.az xəbər verir ki, amerikalılar daha əvvəl bildirmişdilər ki, komandanı Qrojanın ətrafında quracaqlar.

Ştayner bu barədə belə deyib: “Romanla Esteban barəsində danışdıq. Əgər onun haqqında yaxşı sözlər deməsəydi və ona hörmət etməsəydi, Esteban ilə müqavilə bağlamaq mümkün olmazdı.
Esteban yaxşı pilotdur. Amma Roman onunla yarışıb və onu daha yaxşı tanıyır. Roman onun sürüş tərzini bilir, onu tanıyır və haqqında çox şey bilir. Bizə Esteban haqqında müsbət rəylər bildirdi və biz də müqavilə bağladıq”

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*