14 Dekabr 2018, Cümə - 09:23

S.Fettel: “Sıralanma turu formatının dəyişdirilməməsi – utancvericidir”

S.Fettel: “Sıralanma turu formatının dəyişdirilməməsi – utancvericidir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:52 - 01 Aprel, 2016

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Formula1 Bəhreyn yarışından əvvəl sıralanma turu formatının dəyişdirilməsi üçün başlanılan səsvermənin ləğv olunmasına görə qürur duymamalıdır…

F-1.az xatırladır ki, Avstraliyada bütün komandalar yeni sıralanma turu formatının üçüncü seansından narazı qalmışdılar. Ona görə də komandlar köhnə sistemə qayıtmaq üçün səsvermə başlatmışdılar, amma bəzi komandalar etiraz etdiyinə görə qayda dəyişməz olaraq qaldı.

Sebastyan Fettel bildirib ki, köhnə sistemə qayıtmamaq Formula1 üçün utancverici haldır: “Əvvəlki sistemə qayıtmamaq hamı kimi məni də məyus etdi.

Məsələn, siz çiyələkli dondurma satırsınız, amma müştərilər sizdən şokoladlı dondurma istəyir. Sabahsı gün siz şokoladlı dondurma gətirirsiniz, amma insanlar bu dəfə sizdən çiyələkli dondurma alırlar.

Ümumilikdə siz müştərinin istəyi ilə hərəkət etməlisiniz. Siz əgər bunun tərsini etsəniz, satış edə bilməzsiniz və bununla fəxr edə bilməzsiniz.

Hamı bu sistemə qarşıdır, amma yenə də eyni qərar alınır və sıralanma turu da bu səhvlərdən biridir”.

Bundan başqa Fettel bildirib ki, sıralanma turu ilə bağlı yaşanan hadisələr Formula1-dəki qərar mexanizminin doğru işləmədiyini göstərib: “Bizim izah etmək istədiyimiz şey çox bəsitdir və mənim heç bir əlavəm yoxdur.

Hazırda biz nə edəcəyimizi düşünməliyik. Biz sistemi dəyişdirmək üçün məktub yazsaq da, bu bir gecə ərzində qərar dəyişməyəcək, çünki hər hansı bir təklif vermək çox çətindir.

Biz təklif verə bilmirik. Bəzi şeylər düzgün deyil və biz bildiririk ki, bunlar dəyişdirilməlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 366
Teqlər ,
Paylaş

logo