S.Markionne “Komandanın vəziyyəti ürəyimi ağrıdır”

Ferrari şirkətinin prezidenti Sercio Markionne bildirib ki, Ferrari-nin yaşadığı problemlər onu məyus edir, amma Markionne əlavə edib ki, Ferrari daha yaxşı nəticələr alacaq.

F-1.az xatırladır ki, Ferrari komandası ilk yarışlarda problemlər və qəzalara görə bolidin sürətini yaxşı dəyərləndirə bilməyib və yaxşı nəticələr qazana bilməyib.

Rusiya Qran Prisində də qara seriya davam edib. Daniil Kvyat yarışın startından sonra Sebastyan Fettelə arxadan iki dəfə çırpılıb. Bunun nəticəsində Fettel yarışı vaxtından əvvəl dayandırmalı olub.

Sercio Markionne: “İşıq sürətilə fərqi bağlamalıyıq. Mən Mixael Şumaxerin sürdüyü Ferrari-ləri görməyə öyrəşmişəm. Ferrari-nin bu qədər çətinliklərlə üzləşməsi məni məyus edir.

Dünən çox pis gün oldu və əlimizdən heç nə gəlmir. Ancaq komandaya güvənirəm. Bacaracayıq!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*