20 Mart 2019, Çərşənbə - 21:50

L.Həmilton: “Qırmızı rəngi sevirəm, amma…”

L.Həmilton: “Qırmızı rəngi sevirəm, amma…”

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 21 Mart, 2018

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, qırmızı rəngi çox sevir.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə 40 milyon dollarlıq müqavilə bağlaması gözlənilir.

Lyuis Həmilton: “Hazırda danışıqlar gedir, amma mənim üçün əsas bu deyil. Yarışıb qalib gəlmək istəyirəm. Onsuz da müqavilə bağlanacaq. Amma bunu hər şey hazır olanda etməliyəm.

Qırmızı ən çox sevdiyim rəngdir, amma Mercedes-də xoşbəxtəm. Atam da sədaqətin böyük dəyər olduğunu deyir. Onsuz da bir dəfə komanda dəyişmişəm və həmişə köç edən sürücü olmaq istəmirəm. Ferrari mükəmməl komanda olsa da, həmişə qalib gəlmir. Karyeramı 40 yaşıma qədər davam etdirə bilərəm. Bu müddətdə çoxlu qələbə qazanmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , ,
Paylaş

logo