K.Sayns cərimələnəcək?

Ferrari komandasının sürücüsü Karlos Sayns növbəti Fransa yarışına sonuncu yerdən başlaya bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücünün maşını Avstriyada od tutub yanıb. Beləliklə, onun motoru təmiz sıradan çıxıb. Bu, gənc sürücünün builki üçüncü motoru idi. Ancaq Sayns cəza almamaq üçün Fransada köhnə motorlardan biri ilə yarışa bilər. Lakin deyilənə görə bu köhnə motorlar da çox məsafə qət edib və ömrünü tapşırıb. Buna görə də Karlosun Pol Rikarda tamamilə yeni güc qurğusuna keçib, cəza alması gözlənilir.

Ferrari 27 yaşlı sürücüsünü yay tətilinə qədər bu motorla yarışdırmaq istəsə də, artıq işlər dəyişib. Sayns Fransada yeni morota keçəcək və cəza alaraq, yarışa sonuncu yerdən başlayacaq. Beləliklə o, yeni versiya motora keçmədən, cəza alacaq və yarışa peletonun sonundan başlayacaq. Yeni versiya motor gəldikdə yenidən cəza alacaq. İndiki versiya motorun etibarlılıq ilə bağlı problemləri olduğunu düşünsək, yenə itirəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*