Ş.Lekler: Maksimumu aldım

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, İspaniyadakı sıralanma turunda maksimum nəticə əldə edib.

F-1.az xatırladır ki, monakolu sürücü yarışa 4-cü yerdən başlayacaq. Lakin o poul qazanmış Lyuis Həmiltondan 0.7 saniyə geridə qalıb.

Şarl Lekler: “Bundan yaxşı yer tuta bilməzdim. Lakin son sektorda daha yaxşı zaman nəticəsi göstərə bilərdim. İstıdiyim kimi dövrə vura bilməsəm də, sıralanma turundan razıyam. Hər şey mənim üçün yaxşı idi. Birinci və ikinci sessiyada təkərlərə zədələmədən dövrə vurmağa çalışdıq, çünki bu təkərlər bizə yarışda lazım olacaq. Bu da işə yaradı. İkinci sessiyanı yaxşı keçdim və xoşbəxtəm.

Son sessiyada çətin olsa da, yaxşı zaman dövrəsi vurdum. Ən yaxşı dövrəmi işlənmiş təkərlə vurdum. Daha sonra yeni Soft təkərlə son sesktorda bir neçə səhv elədim.

Yarışda hər şey ola bilər. Bizi çətin yarış gözləyir. Üçüncü yer uörunda mübarizə aparmaq üçün gücümüz yoxdur. Əlimizdən gələni edib boliddən maksimumu çıxarmalıyıq. İki maşınla maksimum xal almağa çalışacağıq. Əsas odur ki, McLaren-dən öndəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*