San Paulu-2022: Yarış

Artıq ikinci ildir ki, İnterlaqosda sprint yarışlı həftəsonu baş tutur və hər iki ildə bir çox maraqlı hadisələr baş verib. Ötmələrə mkan verən İnterlaqos bu formata çox uyğun gəlir.

F-1.az xatırladır ki, cümə günü baş tutan ilk sərbəst yürüşlərdə Serxio Peres hamıdan üstün olub. Dəyişkən hava şəraitinin damğa vurduğu sıralanma turunda isə heç kimin gözləmədiyi halda Kevin Maqnussen həm özünə, həm də komandası Haas-a ilk poulunu qazandırıb. Çox əhəmiyyət daşımayan dünənki ikinci məşqlərə isə Esteban Okon liderlik edib. Sprint yarışı da maraqlı alınıb – Maqnussen arxadakı rəqiblərinə bir-bir keçilib, Ferstappen xeyli vaxt lider olaraq getsə də, dördüncü yerdə fini görüb. Corc Rassell karyerasında ilk dəfə sprint yarışının qalibi olub.

Pirelli buraya Hard, Medium və Soft rolunda orta triosunu – C2, C3 və C4 tərkiblərini gətirib. Yarışa Elbon sərt, Lekler, Sayns, Maqnussen, Şumaxer, Stroll, Alonso, Latifi və Tsunoda orta, qalanları isə yumşaq təkərlərlə başlayıb.

Startda Rassell liderliyini qoruyub saxlayıb. Norris Lekleri qabaqlayıb. Rikkardo Maqnussenlə təmas yaşayaraq onu fırlanıb, danimarkalı sürücünün maşını da onun maşınına çırpılıb və nəticədə hər ikisi yarışı dayandırmalı olub. Avstraliyalı sürücü finişdən sonra stüardlar tərəfindən növbəti yarışın startında 3 yer itirməklə cəzalandırılıb. Təhlükəsizlik Maşını trasa daxil olub. TM arxasında ilk onluq: Rassel – Həmilton – Ferstappen – Peres – Norris – Lekler – Sayns – Fettel – Qasli – Şumaxer.

Elbon 5-ci dövrədə Medium təkərə keçib. Restart 6-cı dövrədə verilib, Rassell yenə yerini qoruyub. Ferstappen Həmiltona hücumlar edib və insident yaşanıb, hər iki sürücü geriyə düşüb. Stüardlar Maksa 5 saniyəlik cəza veriblər. Norrislə Lekler də insident yaşayıb, Lekler trasdan çıxıb yerində fırlansa da, geri qayıda bilib. Norris də Maks ilə eyni cəzanı alıb.

Ferstappen və Lekler pit-stop edərək ön qanadlarını dəyişiblər. Maks 17-ci, Şarl isə son sırada trasa qayıdıb. Bottas 12-ci dövrədə Strollu qabaqlayıb. İki dövrə sonra Həmilton Fetteli, Alonso isə Strollu geridə qoyub. Alonso pit-stop edib, Lyuis Norrisi də keçərək dördüncü yerə qalxıb. Çjou Strollu, Fettel Norrisi, Bottas isə Şumaxeri keçib. Çjou da pit-stopa çağrılıb.

18-ci dövrədə Sayns pit-stop edib – əyləc kanalında vizor plyonkasının ilişib qalması səbəbindən cüzi nasazlıq yaşanıb. Ferstappen Latifini ötərək 14-cü yerə qalxıb, Qasli təkərlərini dəyişib. Tsunoda və Latifi pit-stop edərkən Sayns Strollu üstələyib. 24-cü dövrədə Peres və Ferstappen, 25-də Rassell, Norris, Bottas, Okon, Şumaxer, 26-da Elbon, 27-ci dövrədə isə Fettel pit-stop edib.

Okon Çjounu, Bottas isə Qaslini ötüb. Fransız sürücü Fetteldən də geri qalıb. Həmilton və Stroll 29-cu dövrədə pit-stopa yollanıblar. 30-cu dövrədə ilk onluq: Rassell – Peres – Sayns – Həmilton – Alonso – Bottas – Fettel – Okon – Qasli – Norris.

Stroll və Ferstappen Tsunodanı geridə qoyublar. Lekler Şumaxeri keçərək 12-ci yerə qalxıb. Alonso, Qasli və Sayns növbəti dəfə təkər dəyişiblər. Ferstappen Strollu keçib, Çjou təkərlərini dəyişməyə çağrılıb, Alonso isə Tsunodanı ötüb. Yapon sürücü də pit yoluna üz tutub.

Alonso Stroll, Lekler Norrisi üstələyib. Həmilton 45-ci dövrədə Peresi keçərək ikinci yerə yüksəlib. Lekler, Bottas, Fettel və Norris 46-cı dövrədə yenə təkər dəyişiblər. Onlara sonrakı dövrələrdə Şumaxer, Peres, Okon, Həmilton, Elbon, Ferstappen, Stroll və Rassell qoşulublar. 50-ci dövrədə ilk onluq: Rassell – Sayns – Həmilton – Peres – Alonso – Bottas – Fettel – Lekler – Okon – Qasli.

Lekler Fetteli 51-ci dövrədə keçib. Norrisin maşını 52-ci dövrədə güc qurğusundakı problemə görə 10-cu döngənin çıxışında dayanıb. Əvvəlcə VTM rejimi elan olunub, daha sonra isə TM trasa çıxıb. İlk onluqdan yalnız Peres və Fettel orta təkərlərlə davam ediblər, qalan sürücülər isə yumşaq təkərlərə keçib. Restart 59-cu dövrədə elan edilib. Rassell yerini verməyib, Lekler Bottası, Okon Fetteli, Alonso isə Okonu qabaqlayıb. Fernando 2 dövrə sonra Bottası da keçib.

Okon Ferstappen və Bottasa da boyun əyib, Sayns isə Peresi ötərək üçüncü yerə qalxıb. Lekler və Alonso orta təkərlərdə qalmış Peresi üstələyiblər. Stroll da eyni vəziyyətdə olan komanda yoldaşı ilə mübarizədən qalib ayrılıb. Komanda Peresdən Ferstappeni irəli buraxmasını xahiş edib ki, Maks Alonsonu qabaqlasın. Əgər nəticə uğursuz olarsa, ona yerinin qaytarılacağı bildirilib. 67-ci dövrədə ilk onluq: Rassell – Həmilton – Sayns – Lekler – Alonso -Ferstappen – Peres – Okon – Bottas – Stroll.

Lekler komandadan bir neçə dəfə Saynsın onu önə buraxmasını xahiş edib, lakin aralarındakı interval çox olub. Ferstappen də Alonsonu keçə bilməyib. Komanda ondan yerini qaytarmasını xahiş edib, Maks isə onlardan bir daha belə xahişlərlə müraciət etməmələrini istəyib. Finişdən dərhal sonra Qasli pit yolunda sürət həddini aşdığı üçün 5 saniyəlik cəza alıb.

Corc Rassell mövsümdə və karyerasında ilk qələbəsini qazanıb. Bu, həm də Mercedesin cari ildə ilk zəfəri olub. Lyuis Həmiltonun ikinciliyi də komandaya mövsümdə ilk qələbə dublunu gətirib. Podiumun son pilləsinə isə Karlos Sayns qalxıb.

Mövsüm gələn həftəsonu Əbu Dabidə başa çatacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 63 Corc Rassell Mercedes 2
2 44 Lyuis Həmilton Mercedes + 0:01.529 2
3 55 Karlos Sayns Ferrari + 0:04.051 3
4 16 Şarl Lekler Ferrari + 0:08.441 3
5 14 Fernando Alonso Alpine + 0:09.561 3
6 1 Maks Ferstappen Red Bull + 0:10.056 3
7 11 Serxio Peres Red Bull + 0:14.080 2
8 31 Esteban Okon Alpine + 0:18.690 2
9 77 Valtteri Bottas Alfa Romeo + 0:22.552 2
10 18 Ləns Stroll Aston Martin + 0:23.552 2
11 5 Sebastyan Fettel Aston Martin + 0:26.183 2
12 24 Quanyu Çjou Alfa Romeo + 0:29.325 2
13 47 Mik Şumaxer Haas + 0:29.899 2
14 10 Pyer Qasli AlphaTauri + 0:31.867 3
15 23 Aleksander Elbon Williams + 0:36.016 3
16 6 Nikolas Latifi Williams + 0:37.038 3
17 22 Yuki Tsunoda AlphaTauri +1 dövrə 3

 

* – Pit yolunda sürət həddini aşdığı üçün Qaslinin nəticəsinə 5 saniyə əlavə edilib.

Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:13.785 (61-ci dövrə, 210.237 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Lando Norris McLaren 52 güc qurğusu
Kevin Maqnussen Haas 1 qəza
Daniel Rikkardo McLaren 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 429
2 16 Şarl Lekler Scuderia Ferrari 290
3 11 Serxio Peres Red Bull Racing 290
4 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 265
5 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 240
6 55 Karlos Sayns Scuderia Ferrari 234
7 4 Lando Norris McLaren Racing 113
8 31 Esteban Okon Alpine F1 Team 86
9 14 Fernando Alonso Alpine F1 Team 81
10 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 49
11 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 36
12 3 Daniel Rikkardo McLaren Racing 35
13 20 Kevin Maqnussen Haas F1 Team 25
14 10 Pyer Qasli Scuderia AlphaTauri 23
15 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 14
16 47 Mik Şumaxer Haas F1 Team 12
17 22 Yuki Tsunoda Scuderia AlphaTauri 12
18 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 6
19 23 Aleksander Elbon Williams Racing 4
20 6 Nikolas Latifi Williams Racing 2
21 34 Nik de Vriz Williams Racing 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 719
2 Scuderia Ferrari Ferrari 524
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 505
4 Alpine F1 Team Renault 167
5 McLaren F1 Team Mercedes 148
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 55
7 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 50
8 Haas F1 Team Ferrari 37
9 Scuderia AlphaTauri Red Bull 35
10  Williams Racing Mercedes 8
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*