25 Avqust 2019, Bazar - 07:27

S.Markionne: “Komandaya müdaxilə etməkdə gecikdim”

S.Markionne: “Komandaya müdaxilə etməkdə gecikdim”

Müəllif: Rauf Hacıyev, redaktor

08:13 - 11 Yanvar, 2017

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, Ferrari-yə gəldikdən sonra etdiyi ən böyük səhv komandaya gec müdaxilə etmək olub.

F-1.az xatırladır ki, Ferrari Sercio Markionne və Arrivabenenin rəhbərliyi altında ilk mövsümündə 3 qələbə qazanmış və 2016-cı ilə çempionluq iddiası ilə başlamışdı. Amma italyanlar 21 yarışda qələbə üzü görməmiş və mövsümü 3-cü yerdə bitirmişdilər.

“Qırmızılar” 2016-cı ilin yayında Ceyms Əllisonla yollarını ayıraraq, yenidənqurma işlərinə başlamış və baş motorçu Mattia Binottonu texniki direktor vəzifəsinə gətirmişdilər. Aerodinamika şöbəsində də çoxlu dəyişikliklər olub.

Sercio Markionne: “Mən bilirsiniz harda səhv etdim? Komandaya gec müdaxilə etməkdə. Amma mən onlara hörmət etdiyim üçün belə etdim. Əgər bu müdaxiləni 2015-ci ildə etsəydim, onda komanda 2016-cı ildə fərqli nəticələr alardı”.

Markionne əlavə edib ki, yeni boliddə hər şey yaxşı gedir: “Yeni bolidimizdə işlər qaydasında gedir. Yeni mühərriyimizin stend testləri davam edir və yaxşı görünür. Amma bu dəfə səhv etmək istəmirik. Mühərriyi ilk dəfə işə salıb, trasa çıxaranda görək nə olur.

Mercedes-in sürətli olması onların günahı deyil. Sürətli olmaları bizim üçün yaxşı hal olmasa da, güclü olduqları reallıqdır. Hər şey özümüzdən asılıdır. Onları məğlub etməyin yollarını tapmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 173
Teqlər , ,
Paylaş

logo