S.Markionne razı qalıb?

Ferrari-nin prezidenti Sercio Markionne bildirib ki, komandası yeni mövsümdə çox güclü olacaq, amma italiyalı şirkət prezidenti proqnoz verməyib.

F-1.az xatırladır ki, hamı testlərdən əvvəl 2017-ci il üçün Mercedes və Red Bull-u favorit sayırdı. Ferrari üçün isə “çempion ola bilməzlər” deyirdilər.

Amma mövsümöncəsi teztlərin ilk iki günü arxada qalıb və Ferrari-nin sürücüləri Sebastyan Fettel testlərin ilk gününündə, Kimi Rəykkönen isə ikinci günündə hamıdan sürətli olub.

Sercio Markionne bu nəticələrə görə hələlik razı qalıb: “Yeni Ferrari? Güclü görünür. İlk gündə gördüklərimdən razıyam. Hər şey gözlədiyimiz kimi gedir. Yeni bolid gözləntiləri qarşılayır. Bu keçən illə müqayisədə böyük addımdır. Bəli, pozitivəm. Amma çempion olacağımızı deyə bilmirəm. Görək nə olur. Bizi uzun mövsüm gözləyir. Nəsə deyə bilmərik, amma bu il utanmayacağıq. Bu çox vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*