D.Kvyat: “Fettel artıq məni daha yaxşı tanıyır”

Red Bull komandasının rusiyalı sürücüsü Daniil Kvyat bildirib ki, Sebastyan Fettel artıq onu daha yaxşı tanıyır...

F-1.az xatırladır ki, Sebastyan Fettel Çin yarışının startında ilk döngəni geniş radius ilə almışdı və Kvyat bundan istifadə edərək, almaniyalı sürücüyə hücum etmişdi. Fettel isə bu hücumu gözləmədiyindən özünü qorumaq üçün bolidini sola çəkəndə, komanda yoldaşı Kimi Rəykkönenə çırpılmışdı.

Amma belə görünür ki, bu barədə gedən söz-söhbətlər Rusiyada da davam edəcək.

Qeyd edək ki, Fettel və Kvyat podiuma çıxmamışdan əvvəl də  bir-birilə mübahisə etmişdilər.

Amma Kvyat bildirib ki, Fettel artıq onu daha yaxşı tanıyır: “Bir sürücü ilə bir-iki dəfə mübarizə apardıqdan sonra onun necə birisi olduğunu artıq bilirsiniz.

Fettel və mən artıq bir-birimizin xasiyyətlərinə bələdik.

Çində yaxşı yarışdım və podiuma çıxdım. Eyni zamanda biz gördük ki, Ferrari ilə mübarizə apara bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*