Ferrari yenə də hamıdan çox pul alacaq

Hər il olduğu kimi Ferrari komandası yenə də FOM tərəfindən keçənilki mövsümə görə ən çox pul alacaq...

F-1.az bildirir ki, çempionatın təşkilatçısı ümumilikdə komandalara 965 milyon dollar ödəyəcək – keçən il komandalar əvvəlki mövsümə görə 893 milyon dollar almışdılar, deməli, çempionatın gəlirləri keçən il yenə də artıb. Ödəmələr bu aydan başlayacaq.

Aşağıdakı cədvəldə komandalara ödəniləcək məbləğlərin səbəbləri də göstərilib. Birinci sütunda komandanın son üç ilindən ikisində göstərdiyi nəticəyə görə (yəni son 3 ildə 2 dəfə Mühəndislər Kubokunda ilk onluğa düşmək kifayətdir), ikinci sütunda isə son ildə göstərdiyi nəticəyə görə alacağı mükafatın məbləği göstərilib.

Dörd komanda – Ferrari, Mercedes AMG, Red Bull və McLaren komandaları əlavə Konstruktor Bonusu da alırlar. Ferrari komandası çempionatın daimi iştirakçısı kimi daha bir əlavə mükafat alır. Tarixi irsinə görə Williams komandası da 10 milyon dollar əlavə bonus alır. 35 milyon dollar bonus olaraq Red Bull komandasına (2020-ci ilə qədər çempionatda qalmağı vəd etdiyinə görə) və Mercedes AMG komandasına (son iki ilin çempionu olduğuna görə) ödəniləcək…

2015-ci İLƏ GÖRƏ KOMANDALARA MÜKAFAT ÖDƏMƏLƏRİ, milyon dollarla

Komanda Mükafat-1

(3 ildə 2 nəticə)

Mükafat-2

(2015-ci ilə görə)

Cəmi mükafat Konstruktor

Bonusu

Bonus Yekun 2015-ci illə

müqayisə, %-lə

2015-ci ildə

tutduğu yer

Ferrari 33.5 53.5 87.0 35.0 70.0 192.0 + 17 2
Mercedes AMG 33.5 63.5 97.0 39.0 35.0 171.0 + 36 1
Red Bull 33.5 36.5 70.0 39.0 35.0 144.0 – 7 4
Williams 33.5 43.5 77.0 10.0 87.0 – 6 3
McLaren 33.5 16.5 50.0 32.0 82.0 – 16 9
Force İndia 33.5 33.5 67.0 67.0 + 12 5
Renault 33.5 30.5 64.0 64.0 + 28 6
Toro Rosso 33.5 23.5 57.0 57.0 + 8 7
Sauber 33.5 20.5 54.0 54.0 + 23 8
Manor 33.5 13.5 47.0 47.0 10
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*