M.Salo: “Bottas Ferrari-yə getməyəcək”

Sabiq Formula1 sürücüsü Mika Salo hesab edir ki, Niko Rosberq və ya Lyuis Həmilton Mercedes-dən ayrılsalar, almanlar Valtteri Bottasla müqavilə bağlayacaqlar...

F-1.az xatırladır ki, hazırda Williams komandasında çıxış edən Valtteri Bottasın menecerliyini Didye Kotonun başçılıq etdiyi eyni adlı şirkət edir və bu şirkət Mika Həkkinen və Toto Volffa aiddir. Bottasın adı son dövrlər başqa komandalarla bir yerdə çəkilir, amma finlandiyalının gələn il Williams komandasında qalacağı gözlənilir.

Mika Salo hesab edir ki, Bottas Williams komandasında bir az da yarışıb, Mercedes komandasına transfer olunacaq: “Onun Williams komandası ilə qələbə qazanması mümkün deyil və tezliklə o, qələbə qazanmalıdır. Onun hazırda edəcəyi ən yaxşı şey Massanı və ya gələnilki komanda yoldaşını məğlub etmək olacaq. Daha sonra Mercedes komandasında boş yer gözləməlidir.

Onun meneceri Toto Volffdur. Mən əminəm ki, Toto onu Mercedes-ə transfer edəcək. Bottas güclü olduğunu göstərdi. O mükəmməl və ağıllı sürücüdür”.

Mika Salo inanmır ki, Bottas Ferrari-yə transfer olunacaq: “Valtterinin gələn il başqa komandaya gedəcəyinə inanmıram. Hazırda boşda yaxşı yer yoxdur. Kimi Ferrari-dən ayrılsa belə, onun Ferrari-yə transfer olunacağına inanmıram. Onu Mercedes Motorsport-un rəhbəri idarə edir və buna görə də Ferrari-yə gedəcəyini zənn etmirəm”.

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*