L.Həmilton: 100-cü qələbə üçün çox gözlədim

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, 100-cü qələbə üçün çox gözləyib.

F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyada yağıışın yağmaslndan istifadə edərək, qalib gəlib və çempionatda liderliyə yüksəlib. Yeddiqat Dünya Çempionu 100-cü qələbəsini əldə edərək, Formula1 tarixində bir ilkə imza atıb.

Lyuis Həmilton: “Bura gələn bütün azarkeşlərə təşəkkür edirəm. Hava şəraiti ideal olmasa da, əla yarış oldu. 100-cü qələbə üçün çox gözlədim. Qorxurdum ki, bunu əldə edə bilməyim.

Lando əla yarışdı. Sabiq komandamı öndə görmək gözəl idi. Əla işləyirlər və son yarışı qazanmışdılar. Mercedes motoru ilə fantastik performans göstərirlər. Onların yenidən birləşməsi gözəldir.

Komanda sonda doğru qərar verdi. Qələbə üçün buradakı və bazadakı işçilərə təşəkkür edirəm. Dünənki səhvlərimə görə məyus idim. Sıralanma turunu yenidən izlədim. Xırda səhvlər olsa da, pis idi. Səhər duranda qərarlı olsam da, boynum ağrıyırdı. Fizioterapevtim üzərində işlədi. İki həftədir yaxşı iş görür. O olmasa, bacarmazdım. Ən yaxşı performansımı göstərməyə qərarlı idim. Çətin idi. Startda da geritə düşdüm. Amma qəzalardan qaçmağa çalışırdım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*