D.Rikkardo: “Mənim günahımdır”

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, yarışı ilk döngədə bitib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Rusiya yarışının ikinci döngəsində Covinatsi və Qrojanla təmas edərək təkərini partladıb. Daha sonra isə yarışı dayandırmalı olub.

Daniel Rikkardo: “Heyif ki, yarışım ilk döngədə bitdi. Bolid çox zədələnmişdi və davam etmək mümkünsüz idi. Bu, məyusedicidir. İkinci döngə qarışıq idi və biri mənə çırpıldı. Təkər partladı və altlıq zədələndi. Sıralanma turunda yaxşı yer tutsaydım, belə olmazdı. Bu, mənim günahımdır, ancaq qəzada sərnişin kimi idim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*