D.Rikkardo orta barmağın izahını verib

Red Bull komandasının sürücüsü Daniel Rikkardo ikinci sessiyada onu blok edən Roman Qrojana orta barmağını göstərib.

F-1.az xatırladır ki, ikinci sərbəst yürüşlərdə Rikkardo sürətli dövrə atarkən son döngədə Qrojan onu əngəlləmiş və avstraliyalı sürücü çırpılmamaq üçün yavaşlamaq məcburiyyətində qalmışdı.

Daniel Rikkardo: “Bəli, ortaya pis barmaq çıxdı. Bolid ön tərəfdən sürüşdü. Buna ehtiyac yox idi və sadəcə sərbəst yürüşlərdə idik. Hərəkəti xoşuma gəlmədi. Hərəkəti əsəbdən etdim və məyus oldum. Sürətli idim, amma o qızdırma dövrəsində idi.

Sıralanma turu tempində güclü görünürük. Ferrari-yə yaxınıq və bir az da sürətlənməliyik. Yarış tempində isə bir az da təkmilləşməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*