K.Horner: “Onun üçün darıxacağıq”

Red Bull komandasının rəhbəri Kristian Horner sıralarını tərk edib Renault-ya gedən Rikkardo üçün darıxacaqlarını deyib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Əbu Dabidə “qırmızı öküzlər”lə son yarışına çıxıb və 4-cü olub.

Kristian Horner: “Red Bull-un gənc sürücü proqramı ilə Avropaya gəldiyi ilk günü xatırlayıram. İndiyə kimi 100 yarış keçirdi və 7 yarış qazandı. Doğrudan da böyük xarakterdir. Onun üçün darıxacağıq. Ona uğurlar arzu edirik. Onunla yarışmaq gözəl idi. Mövsümün ikinci hissəsi onun üçün çətin keçdi. Bu problemlər bizdən asılı deyildi. Hamısı güc qurğusundan qaynaqlanırdı. Bu hal əsəbpozucu idi. Keçən il Maks da bu cür problemlər yaşayırdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*