19 Dekabr 2018, Çərşənbə - 00:12

K.Horner jurnalistlərdən bezib

K.Horner jurnalistlərdən bezib

Müəllif: Rauf Hacıyev, redaktor

11:07 - 04 Aprel, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, məbuatın Rikkardo ilə bağlı sualları bezdiricidir.

F-1.az xatırladır ki, avstraliyalı sürücünün komandası ilə müqaviləsi ilin sonunda bitir və 28 yaşlı sürücü müqaviləsini yeniləməyə tələsmir.

Kristian Horner: “Hər yarış bir jurnalistin bu barədə soruşması bezdiricidir. Bu sualı Bottasdan, Həmiltondan və Rəykkönendən də soruşmalıdırlar. Özümüzü yaxşı hiss edirik, çünki seçimlərimiz çoxdur. Bizimlə olmaq istəyən sürücünü komandada görmək istəyirik. Problem çıxarıb hər şeyi çətinləşdirmək doğru deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 189
Teqlər , ,
Paylaş

logo