H.Marko: Peres şəhər traslarını sevir

Red Bull şirkətinin idman direktoru Helmut Marko bildirib ki, Bakıda cümə günü göstərdikləri performansdan razıdırlar.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri Bakıdakı cümə sərbəst yürüşlərində at oynadıblar. Ferstappen 1-ci, Peres isə ikinci sərbəst yürüşlərdə protokollara başçılıq edib.

Helmut Marko: “Sözün açığı, sevincliyik. Həm sıralanma, həm də yarış tempində güclü idik. Yarışa qədər bu üstünlüyümüzü qorumalıyıq. Çeko ilk dövrədən etibarən sürətli idi. O, şəhər tipli trasları sevir və Monte Karloda gücünü göstərdi.

Həmilton yarış tempində yaxşı idi. Sadəcə yavaş döngələrdə itirirlər. Ümid edirəm ki, bu problemi heç vaxt həll edə bilməzlər. Artıq düzlüklərdə bir saniyə üstün olan mühərrikləri yoxdur”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*