M.Ferstappen: Özümə əsəbiyəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen sıralanma turundakı uğursuzluğa görə özünə əsəbidir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Mayamidəki sıralanma turunun son sessiyasında ilk cəhdində səhv edərək, dövrəsini tamamlamayıb. İkinci cəhdinə çıxarkən isə rəqibi Şarl Lekler qəza edib və sessiya qırmızı bayraqlarla dayandırılıb. Bununla da çempionatın lideri son sessiyada dövrə vura bilməyib və bugünkü yarışa 9-cu yerdən başlayacaq.

Maks Ferstappen: “Limitdə qalmağa çalışırdım, amma sonra səhv etdim. Altıncı döngədən yeddinci döngəyə keçərkən ön tərəf sürüşdü və trayektoriyaya qayıda bilmədim. Buna görə də dövrəmi ləğv etdim.

Bütün həftəsonu ərzində sürətli idim. İkinci və üçüncü sessiyada da poul üçün tempim var idi. Bu da bolidimizin sürətli olduğunu göstərir. Ancaq hər şeyi bir araya gətirməliyik və önəmli anda bunu edə bilmədik. Bu mənim üçün əsəbpozucudur.

O anda qırmızı bayrağın çıxmayacağını düşünərək, işinizi şansa buraxırsınız, ancaq şəhər tipli traslarda qırmızı bayrağın çıxma ehtimalı böyükdür. Buna görə özümə əsəbiyəm. Ancaq artıq gecdir. Bundan dərs çıxarmalı və növbəti dəfə bu səhvi etməməliyik.

Yarış çətin olacaq. Bunu özüm üçün çətinləşdirdim. Buna görə də hadisələri qəbul etməliyəm. Son cəhdimə bir az gec çıxa bilərdim. Amma səhv etdim və bu səhv planımda yox idi. Yarış üçün minimum hədəfim ikinci yerdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*