K.Horner: Öz rekordlarımızı yenilədik

Maks Ferstappen geridə qoyduğumuz mövsümdə 15 zəfər əldə edərək bir mövsümdə ən çox qələbə qazanma rekordunu ələ keçirib.

F-1.az bildirir ki, Kristian Horner gənc dünya çempionunun çıxışını başqaları üçün əlçatmaz hesab edir.

Kristian Horner: “Maks o qədər yüksək səviyyədə çıxış edir ki, eyni maşının sükanı arxasında başqa heç kimin onun nailiyyətlərini 2022-ci ildə təkrarlaya bilməyəcəyinə inanıram. Bütün pilotlar kimi bəzən bəxti gətirməsə də, əla mövsüm keçirən Serxio Peresi təbrik etməliyəm. O, yarışlarda əla görünürdü və həmişə dürüst davranırdı. Əminəm ki, gələn il yenidən mübarizəyə qayıdacaq.

Hər iki pilotumuz Formula1-də ən yaxşı mövsümlərini keçirdilər. Maks əla çıxış edərək ilk çempionluqdan sonra da inkişaf etdiyini göstərdi O, on beş yarış və iki sprint qazanıb – mən ilk dəfə komandaya rəhbərlik edəndə mövsümdə cəmi 17 yarış var idi. Sadəcə inanılmaz bir nailiyyətdir.

Komanda on yeddi yarışda qalib gəlib, beş dəfə qələbə dublu əldə edib. Pilotlarımız fərdi hesabda birinci və üçüncü yerləri tutdular,  750-dən çox xal toplayaraq Mühəndislər Kubokunun qalibi olmuşuq. Biz həm özümüzün, həm də Formula1-in rekordlarını yeniləmişik. Mövsüm ərzində yüksəlişlər və enişlər oldu, amma bütün mənzərəyə baxsanız, komanda əla bir il keçirib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*