Aston Martin Ostin üçün bolidin rəng çalarını göstərib

Aston Martin komandası Cognizant şirkəti ilə tərəfdaşlığın 5 illiyini qeyd etmək üçün ABŞ Qran Prisinə maşınlar üçün xüsusi rəng çaları hazırlayıb.

Lourens Stroll: “Cognizant şirkəti Aston Martin-in 2021-ci ildə Formula1-ə qayıdışından bəri bizimlə birgə yol gedib və bu tərəfdaşlığın beş ilini qeyd etdiyimiz üçün olduqca qürur duyuruq. Əsl tərəfdaşlıq inkişaf etməyə davam edən tərəfdaşlıqdır. Son beş ildə hər iki şirkət əhəmiyyətli dərəcədə dəyişib, amma ortaq ambisiyalarımız və irəliyə doğru hərəkət etmək istəyimiz dəyişməz qalıb.

Ostində bolidlərin xüsusi rəng çaları bu yolu qeyd etməyimizin bir üsuludur. Bu, Cognizant şirkətinə və onun əməkdaşlarına beş illik əməkdaşlığa görə minnətdarlığımızın görünən ifadəsidir, eyni zamanda bizi birgə tariximizin yeni fəslinin gözlədiyi gələcəyə baxışdır”.