S.Peres: Maksimumu aldım

Racing Point komandasının sürücüsü Serxio Peres bildirib ki, maşından maksimumu alıb.

F-1.az xatırladır ki, meksikalı sürücü Rusiya yarışına 4-cü yerdən başlayacaq.

Serxio Peres: “Maks büten sıralanma turu ərzində bizimlə eyni tempdə idi. Amma daha sonra Mercedes-lə fərqi bağladı və uçmağa başladı.

Sıralanma turunda hava şəraiti çətin idi. İkinci dövrədə külək çox idi və vəziyyət tez-tez dəyişirdi. Buna görə də dövrəmdən razıyam. Öndəki sürücülərlə fərq çox olduğundan bu nəticəni maksimum sayıram. Görək yarışda nə olur. Lakin Renault-ları qabaqladığım üçün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*