Ə.Qrin: Fettel bizə çox şey qazandıracaq

Racing Point komandasının texniki direktoru Əndi Qrin bildirib ki, Sebastyan Fettelin gəlməsi komanda üçün yaxşıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü gələn il Racing Point komandasına qoşulacaq.

Əndi Qrin: “Sebastyan bütün komandaya ruh gətirəcək. Onun gəlişi göstərir ki, Lourens Stroll çempionluq istəyir. Sebastyan dördqat Dünya Çempionudur və onunla yeni üsulda işləyəcəyik. Komandada qalib gəlməyi bilən bir adama ehtiyacımız var.

Biz də ona kömək edəcəyik. Hazırda psixoloji cəhətdən rahat deyil. Buna görə də mübarizəçi ruhunu itirib. Onun yenidən zirvəyə qayıtması üçün ən əlverişli komanda bizik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*