Cümə axşamı avtodromun mətbuat mərkəzini iki üçlüyə bölünmüş altı sürücü ziyarət edəcək. Birinci qrupda Oskar Piastri (McLaren), İshaq Həcər (Red Bull) və Karlos Sayns (Williams) sualları cavablandıracaqlar. İkinci qrupda isə Valtteri Bottas (Cadillac), Lyuis Həmilton (Ferrari) və Kimi Antonelli (Mercedes) jurnalistlərin suallarını cavablandıracaqlar.
Cümə günü jurnalistlərin suallarını komanda rəhbərləri cavablandıracaqlar: Ədrian Nyui (Aston Martin), Alan MakNiş (Audi), Ayo Komatsu (Haas) və Marçin Budkovski (Cadillac).
Şənbə və bazar günləri isə günün ən yaxşı üçlüyü jurnalistlərin qarşısına çıxacaq.





