09 Dekabr 2019, Bazar ertəsi - 20:35

V.Bottas: “Şansımı qorumaq üçün qazanmalı idim”

V.Bottas: “Şansımı qorumaq üçün qazanmalı idim”

Müəllif: Rauf Hacıyev, redaktor

10:13 - 04 Noyabr, 2019

F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə təkərləri yeyilmiş Həmiltona hücumlar edib və mövsümdə dördüncü qələbəsini qazanıb. Lakin britaniyalı sürücü […]

F-1.az xatırladır ki, finlandiyalı sürücü son dövrələrdə təkərləri yeyilmiş Həmiltona hücumlar edib və mövsümdə dördüncü qələbəsini qazanıb. Lakin britaniyalı sürücü ikinci olaraq, 6-cı titulunu rəsmiləşdirib.

Valtteri Bottas: “Çempionluq şansımı qorumaq üçün mütləq qalib gəlməli idim. Həftəsonu ərzində çox sürətli idim, ancaq heyif ki, titul üçün şansım qalmadı. Lakin müsbət düşünürəm. İndiyə ki Formula1-dəki ən yaxşı nəticəmi qazandım. Özümü təkmilləşdirdim.

Yarışda isə Lyuisə yaxınlaşırdım. 11-ci dövrədə səhv etdi və əlimə fürsət keçdi. Daxili tutaraq mənə xarici trayektoriyanı qoydu və gec əyləndi. Təmas yaşanmasın deyə trasdan çıxmalı oldum. Lakin problem yoxdur. Mən də eynisini edərdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 107
Teqlər , , ,
Paylaş

logo