12 Dekabr 2018, Çərşənbə - 18:23

ABŞ-2018: Sıralanma turu

ABŞ-2018: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

02:05 - 21 Oktyabr, 2018

Keçən il olduğu kimi ABŞ Qran Prisinin təşkilatçıları və FOM həftəsonunun ənənəvi formatını pozmağı qərara alıblar və sıralanma turu daha gec saatlara çəkilib ki, Ostinə toplaşan tamaşaçılar axşam əyləncə proqramına qədər dağılışmasınlar…

F-1.az xatırladır ki, dünən sürücülər yağış altında işləyiblər, bu günə meteoroloqlar yağış vəd etsələr də, sıralanma turu quru asfaltda baş tutub.

Ostində ötmə etmək mümkündür, start mövqeyi həlledici əhəmiyyət kəsb etmir – Texasda baş tutmuş 6 yarışın yarısında pouldan start alan sürücü finişdə qələbəyə sevinib, maraqlıdır ki, son iki ildə belə sürücü Lyuis Həmilton olub.

Toro Rosso sürücüləri güc qurğusunun elementlərini dəyişdiklərinə görə sonuncu cərgədən start alacaqlar. Sebastyan Fettel dünənki məşqlərdə qırmızı bayraqlar altında kifayət qədər yavaşlamadığı üçün stüardların qərarı ilə yarışın startında 3 yer itirəcək.

Pirelli Ostinə UltraSoft, SuperSoft və Soft tərkiblərini gətiriblər. Sliklərin yeyilmə dərəcəsini və effektivliyini yalnız bu gün səhər birsaatlıq məşqlərdə qiymətləndirmək mümkün olub. Yarış məsafəsində təkərlərin davranışı hamı üçün müəmmalı qalıb.

Birinci sessiyada hamı trasa UltraSoft-la çıxıb. Ferstappen 15-ci döngədə porebrikə hücum zamanı asılqanını sındırıb – Maks boksa qayıda bilib, göstərdiyi nəticə isə 2-ci sessiyaya keçməyə imkan verib.

Protokollara Lyuis Həmilton başçılıq edib – 1:34.130. Mübarizəni isə Williams və McLaren sürücüləri ilə birlikdə Markus Eriksson dayandırıb.

İkinci sessiyada Həmilton, Bottas, Fettel və Rikkardo trasa daha bərk SuperSoft tərkibi ilə çıxıblar ki, sabah yarışda bu təkərlərlə start alsınlar. Red Bull komandası Ferstappenin maşınında asılqanı vaxtında dəyişə bilməyib və Maks boksu tərk etməyib. Toro Rosso sürücüləri bir dövrə vurduqdan sonra boksa qayıdıblar.

Protokollara Kimi Rəykkönen başçılıq edib – 1:32.884. Toro Rosso sürücüləri və Maksla yanaşı Sayns və Maqnussen üçün mübarizə başa çatıb.

Son sessiyada Həmilton ilk cəhdində protokollara başçılıq edib, amma Fettel ona cəmi 0.088 saniyə uduzub. ikinci cəhdində Mercedes və Ferrari daha da sürətləniblər, amma Həmilton trasın mütləq rekordu ilə yenə də birinci olub – 1:32.237: Fettel əsas rəqibinə cəmi 0.061 saniyə uduzub.

Lyuis Həmilton karyerasında 81-ci, mövsümdə isə 10-cu pouluna sevinib. Sabah onunla bir cərgədən yarışa Kimi Rəykkönen yollanacaq. İkinci cərgədə Bottas və Rikkardo yer alacaqlar. Cərimələnmiş Fettel yarışa 5-ci yerdən başlayacaq.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes11:34.130531:33.48081:32.2377
25Sebastyan FettelFerrari31:34.569521:33.07961:32.2987
37Kimi RəykkönenFerrari41:34.703511:32.88431:32.3077
477Valtteri BottasMercedes21:34.518541:33.70261:32.6166
53Daniel RikkardoRed Bull51:34.755551:34.18531:33.4946
631Esteban OkonRacing Point81:34.876681:34.52261:34.1456
727Niko HülkenberqRenault111:34.9326101:34.56451:34.2157
88Roman QrojanHaas101:34.892571:34.41961:34.2506
916Şarl LeklerSauber131:35.069861:34.25561:34.4203
1011Serxio PeresRacing Point141:35.193591:34.52561:34.5946
1155Karlos SaynsRenault91:34.8916111:34.5666
1220Kevin MaqnussenHaas121:34.9726121:34.7326
1310Pyer QasliToro Rosso71:34.8509134
1428Brendon HartliToro Rosso151:35.2069144
1533Maks FerstappenRed Bull61:34.7664150
1614Fernando AlonsoMcLaren161:35.2946
1735Sergey SirotkinWilliams171:35.3626
1818Ləns StrollWilliams181:35.4808
199Markus ErikssonSauber191:35.5368
202Stoffel VandornMcLaren201:35.7356

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 299
Teqlər , , , , ,
Paylaş

logo