L.Həmilton: Bir gün mənim də bəxtim gətirəcək

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bir gün bəxt onun üzünə güləcək.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Monakodakı sıralanma turunda 8-ci olub. Britaniyalı pilot son cəhdində nəticəsini yaxşılaşdırmağa yaxın olsa da, qırmızı bayraqlar onun qarşısını kəsib.

Lyuis Həmilton: “Yağışlı havada yarışmaq istəyirəm. Səkkizinci yerdə və quru havada sürməkdən yaxşı olar. Burada ötmə etmək çətindir. Ümid edirəm ki, hava dəyişər və bizə fürsət yaranar. Bir dəfə də olsa, bəxtim gətirsin. Bütün il bəxtim gətirmədi. Buna dayan deməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*